Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək Dekabrın 7-də Bakıdakı 27 nömrəli tam orta məktəbdə Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Səyyar qəbul saat 10.00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər