Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurovla görüşüb.
Qonağı ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor iki ölkənin təhsil və mədəniyyət istiqamətindəki geniş əlaqələrindən danışıb. Azərbaycanın multikultural ölkə olduğunu, xalqımızın tolerant dəyərlərlə yaşadığını vurğulayan Kamal Abdulla daha sonra rus dilinin Azərbaycandakı tədrisi haqqında fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda rus dilinə, Rusiyanın tarixi və mədəniyyətinə böyük maraq var. Rektor daha sonra 2017-ci ildən ADU-da fəaliyyət göstərən Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası haqqında qonağa məlumat verib.
Hazırkı pandemiya şəraitində Azərbaycan Dillər Universitetinin öz işini onlayn şəkildə qurduğunu diqqətə çatdıran rektor əlavə edib ki, mövcud çətinliklərə baxmayaraq, universitet beynəlxalq əlaqələrini distant şəkildə davam etdirir, əməkdaşlıq etdiyi universitetlərlə birgə konfransların təşkilinə öz töhfəsini verir.
Kamal Abdulla ADU-nun Rusiya universitetləri ilə geniş əlaqələri haqqında qonağa məlumat verib, Rusiyanın müxtəlif universitetlərindəki Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinə toxunub.
İki ölkə arasındakı diplomatik, iqtisadi, elmi-mədəni əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən qonaq öz səlahiyyətləri çərçivəsində qarşılıqlı əməkdaşlıqla bağlı bütün təkliflərə açıq olduğunu diqqətə çatdırıb. O, ADU-nun xarici dillərin tədrisindəki aparıcı mövqeyini yüksək dəyərləndirib, həyata keçirdiyi layihələrdən məlumatlı olduğunu deyib və bu istiqamətdəki gələcək perspektivlərin vacibliyindən danışıb.
İrek Zinnurov daha sonra ADU-da fəaliyyət göstərən Heydər Əliyev Lektoriyası ilə tanış olub.
Tehsil-press.az