Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Dokuz Eylül Universitetinin rektoru, professor Fatma Nükhet Hotar və universitetin digər nümayəndələri ilə görüşüb.
Rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Dokuz Eylül Universiteti ilə əlaqələrin qurulmasında nümayəndələrin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Kamal Abdulla iki ölkə arasında münasibətlərin inkişafında universitetlərarası əlaqələrin qurulmasının faydasından danışıb. Təhsil ocağında 20-dən çox dilin tədris olunduğunu söyləyən rektor universitetdə fəaliyyət göstərən fakültələr haqqında danışıb.
Rektor F.N.Hotar səmimi qəbula görə təşəkkürünü bildirib. Rektor rəhbərlik etdiyi universitetin tələbə-müəllim heyəti, xarici tələbələri və strukturu haqqında məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan qonaq akademik əməkdaşlıqdan söz açıb. ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını diqqətə çatdıran F.N.Hotar xarici tələbələr üçün qəbul saylarının artırıldığını diqqətə çatdırıb.
Dokuz Eylül Universitetinin nümayəndələri universitetdə həyata keçirilən Mevlana proqramı haqqında məlumat veriblər, tələbə və müəllim mübadiləsi, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.
Daha sonra iki universitet arasında akademik əməkdaşlıq protokolu imzalanıb.
Protokolda universitetlərarası əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, tələbə və akademik heyət arasında mübadilə proqramlarının tətbiq olunması, dərsliklər, elmi nəşrlər və təhsillə bağlı digər materialların təmin olunması və qarşılıqlı mübadiləsi, elmi tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması, birgə tədris və tədqiqat üsullarının və materiallarının hazırlanması və inkişaf etdirilməsi, tərəflər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə konfrans, simpozium, elmi seminar və laboratorial tədqiqatların aparılmasını təşkil etmək nəzərdə tutulub.

ADU-nun Mətbuat Xidməti