Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifat linkdə verilib) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:
Fiziki tərbiyə müəllimliyi;
Rəqs müəllimliyi;
Aktyor sənəti;
Aşıq sənəti;
Bədii yaradıcılıq işi;
Dekorativ tətbiqi sənət (sahələr üzrə);
Dizayn (sahələr üzrə);
Heykəltaraşlıq;
Xoreoqrafiya sənəti (sahələr üzrə);
İnstrumental ifaçılıq (alətlər üzrə);
Kinooperator sənəti;
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);
Rəngkarlıq (sahələr üzrə);
Teatr dekor sənəti;
Vokal sənəti (sahələr üzrə).
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.

Tehsil-press.az




Oxşar xəbərlər