Azərbaycan İlahiyyat İnstitutunda “Bədən dili” mövzusunda onlayn vebinar

Azərbaycan İlahiyyat İnstitutunda “Bədən dili” mövzusunda onlayn vebinar Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Bədən dili” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarda Tələbə Elmi Cəmiyyətinin sədri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı çıxış edib. O, Tələbə Elmi Cəmiyyətinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirdiyini qeyd edib.
İnstitutun üçüncü kurs tələbəsi Orxan Abışlı fərdlərin öz fikirlərini qarşı tərəfə çatdırılmasında “bədən dili”nin önəmindən, ondan düzgün istifadə qaydalarından danışıb.
İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov vurğulayıb ki, vebinarın əsas məqsədi gənclərə şəxsi və peşəkar fəaliyyətlərində “bədən dili”ndən düzgün istifadəni öyrətməkdir. Həmçinin tədbirin mövzusu “bədən dili”nin insan həyatındakı əhəmiyyəti barədə gəncləri maarifləndirməkdir.
Vebinarda jest və mimikadan istifadə, effektiv ünsiyyət üçün düzgün səs tonundan və göz təmasından istifadə kimi mövzular ətrafında söhbət açılıb.

Tehsil-press.az



Oxşar xəbərlər