Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə 18 dekabr – Beynəlxalq Ərəb Dili Gününə həsr edilən “Ərəb dili elmin, dinin və mədəniyyətin dilidir” mövzusunda onlayn elmi konfrans keçirilib.
“Zoom” proqramı vasitəsilə keçirilən konfransda Azərbaycanın, eləcə də müxtəlif ölkələrin ali təhsil müəssisələrinin professor və alimləri iştirak ediblər.
Konfrans Aİİ-nin II kurs tələbəsi Murad Kərəmovun təqdimatında “Qurani-Kərim”dən bəzi ayələrin tilavəti ilə başlayıb.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqində 30 il müddətində işğal altında qalmış torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlığı və şücaəti sayəsində azad olunduğu barədə məlumat verib. Aqil Şirinov ərəb dilinin beynəlxalq dil olduğunu, eləcə də elm, din dili hesab edildiyini vurğulayaraq, İslam mədəniyyətində onun əhəmiyyətindən və rolundan bəhs edib.
Konfransın moderatoru – Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradov ərəb dilinin Aİİ-də tədrisi haqqında geniş məlumat verib. Daha sonra o, ali təhsil müəssisəsində tədris edilən ərəb dili dərslikləri, tələbələrin fənni mənimsəmələri üçün təşkil olunan əlavə dərslər və kurslar barədə ətraflı danışıb.
Bəhreyn Krallığı Tətbiqi Elmlər Universiteti Hüquq fakültəsinin müəllimi, professor Murad Abdulla əl-Cənabi ərəb dili və müsəlman birliyi arasındakı əlaqələrdən bəhs edib.
Misir Ərəb Respublikası Mənufiyyə Universiteti Filologiya fakültəsinin müəllimi, professor Eyd Bəlbə ərəb dilinin ifadə imkanlarını diqqətə çatdırıb.
Türkiyə Cümhuriyyəti 29 Mayıs Universiteti Beynəlxalq Ərəb Dili Mərkəzinin təsisçisi və rəhbəri, fəlsəfə doktoru İbrahim Helalşah ərəb və türk dillərinin bir-biri ilə qarşılıqlı əlaqələrindən danışıb.
Konfransda, həmçinin Oman Sultanlığı Sultan Qabus Universiteti Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, fəlsəfə doktoru İhsan Sadiq Əlləvati, Malayziya Malaya Universitetinin müəllimi, dosent Əşrəf Məhəmməd Zedan, İraq Respublikası Babil Universiteti İslamşünaslıq fakültəsinin müəllimi, dosent Həsən əl-Məmuri və dosent Mehdi Əbdül-Əmir, Birləşmiş Ərəb Əmirliklərinin dil və düşüncə təlimləri üzrə mütəxəssisi, fəlsəfə doktoru Məhəmməd Eyd Qoran ərəb dilinin mövcud vəziyyəti və gələcək perspektivlərindən söz açıblar.
Avrasiya Universiteti Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov çıxışında ərəb dilinin ərəb mədəniyyətini ən yaxşı ifadə edən dil kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycanda ərəb dilinin ali məktəblərdə tədrisi məsələlərinə toxunub.
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Heybət Heybətov ərəb dilinin mədəniyyətlərin elm və dil komponenti kimi gələcəkdə inkişaf perspektivlərindən bəhs edib.
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Şərqşünaslıq İnstitutunda tədqiq olunan ərəbdilli mənbələrin öyrənilməsinə dair ətraflı məlumat verib.
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb dili fənni üzrə müəllimi Mais Ağaverdiyev isə ərəb dilinin Azərbaycanda ümumi şəkildə tədqiqi metodlarını nəzərə çatdırıb.
İşçi dili ərəb dili olan konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tehsil-press.az