Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə vebinar keçirilib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov mövcud pandemiya dövründə TEC-in işindən bəhs edib, cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan dilinin qaydalarına riayət etməklə, dil və nitq qaydalarını yaxşı mənimsəməklə doğma dilimizi qorumağın əhəmiyyətini vurğulayıb.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Nitq mədəniyyəti vərdişlərinin inkişafı” mövzusunda çıxış edib. Bildirib ki, nitqin məzmunu əvvəlcədən müəyyən edilməli, mövzuya bələd olaraq hazırlaşmalı, hansı aspektdən danışılacağı planlaşdırılmalıdır. Çalışmaq lazımdır ki, nitq aydın, səlis, konkret olsun. Nitq söyləyərkən intonasiyaya xüsusi fikir verilməlidir.
Gənclərin nitq mədəniyyətinin inkişafında mütaliənin rolunu yüksək qiymətləndirən E.Məmmədov Azərbaycan dilində mətnlərə üstünlük verməyi tövsiyə edib.
Vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib. “Microsoft Teams” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin əməkdaşları və tələbələri iştirak ediblər.
Tehsil-press.az