Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib.
Seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını deyib. O, “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edib ki, belə seminarlarda tələbələrin fəal iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.
Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzəsində Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib. Vurğulayıb ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, İslam əxlaqının təbliğinə həsr edib. Peyğəmbərə məhəbbət bəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır. Məhəmməd Peyğəmbərin həyatı kamilliyin ən gözəl nümunəsi olub.

Aİİ-nin Mətbuat Xidməti