“Lavrovun Aİ ilə bağlı açıqlaması təhrif olunub”

“Lavrovun Aİ ilə bağlı açıqlaması təhrif olunub” Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa İttifaqı ilə bağlı açıqlaması təhrif olunub.
Bu barədə Kremlin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Kreml Lavrovun “Solovyov Live” yutub kanalında söylədiyi “Avropa İttifaqı ilə münasibətləri pozmağa hazırıq” fikrinə düzəliş edib.
Peskov Lavrovun sözlərinin təhrif olunduğunu bildirərək rəsmi Moskvanın Avropa İttifaqı ilə münasibətləri kəsmək yox, yaxşılaşdırmaq istədiyini söyləyib. O, Rusiyanın ilk addımı atmayacağını vurğulayıb.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün sözügedən verilişdə Rusiyanın Avropa İttifaqı ilə əlaqələrini pozmağa hazır olduğunu açıqlamışdı: “Ən həssas sahələr daxil olmaqla, hansısa sahələrdə iqtisadiyyatımız üçün risklər yaradan sanksiyalar tətbiq olunur. Özümüzü dünya həyatından təcrid etmək istəmirik, amma sülh istəyirsənsə, müharibəyə hazırlaş!”

Tehsil-press.az

Oxşar xəbərlər