Təhsil Nazirliyi: Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

Təhsil Nazirliyi: Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub Fevralın 16-dan ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.
Bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.
Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər