“İndi ailə qursaydım, bu dünyaya uşaq gətirməzdim”

“İndi ailə qursaydım, bu dünyaya uşaq gətirməzdim” Müğənni Nura Suri müzakirələrə səbəb olacaq açıqlama verib. Məşhur ifaçı “10-da görüşək” proqramında qonaq olarkən övladları barədə danışıb.
N. Suri qeyd edib ki, indi ailə qursaydı, bu dünyaya övlad gətirməzdi: “Düşüncələrim bir az fərqlidir. Mən indi ailə qursaydım, bu dünyaya övlad gətirməzdim. Gördüyüm bu dünyaya öz övladımı qıymazdım. Bugünkü dünyaya insan bəxş etməzdim. Övladlarıma da onu demişəm, səbəbini başa salmışam.
Valideyn olmaq istədiyim üçün övlad dünyaya gətirirəm. Lakin o insanın bundan sonrakı həyatının necə olacağı barədə düşünüb çox götür-qoy etmək lazımdır. Yüz ölçüb, bir biçmək, yaxşı düşünmək lazımdır”.

Tehsil-press.az

Oxşar xəbərlər