Milli Azərbaycan Tarixi Muzeyində Nəriman Nərimanovun obrazını əks etdirən xalçalar qorunur

Milli Azərbaycan Tarixi Muzeyində Nəriman Nərimanovun obrazını əks etdirən xalçalar qorunur Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin bir qolunu süjetli nümunələr təşkil edir. Bu mövzuda toxunmuş xalçalar arasında bu il 150 illik yubileyi tamam olan Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri Nəriman Nərimanovun obrazını əks etdirən və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan xalçalar da var.
İstər xalq sənətkarları, istərsə də xalçaçı-rəssamlar tərəfindən N.Nərimanovun obrazının yaradılmasına dəfələrlə müraciət edilib. Muzeydə qorunan bu xalçalardan birincisinin bədii tərtibatı görkəmli xalçaçı-rəssam Lətif Kərimova məxsusdur. Digər xalça isə Təbrizdə toxunub.

Tehsil-press.az

Oxşar xəbərlər