Muzeyə daha bir xalça hədiyyə olunub

Muzeyə daha bir xalça hədiyyə olunub Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə əslən Bakıdan olan, hazırda İsraildə yaşayan həmvətənlimiz Rauf Zarbailov tərəfindən daha bir xalça hədiyyə edilib.
Bu barədə Tehsil-press.az-a muzey direktorunun müavini Məhfuzə Zeynalova məlumat verib. Bildirilib ki, hədiyyə olunan xalça XX əsrin ortalarına aid xovsuz xalçalar növünə daxildir.
R.Zarbailov bundan əvvəl muzeyə Azərbaycanın maddi mədəniyyət nümunələrindən olan Qarabağ və Təbriz xalçaları, miniatür rəsm əsərləri və albom da təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər