Ötən sutka ərzində 1200-dən çox suriyalı vətənlərinə qayıdıb

Ötən sutka ərzində 1200-dən çox suriyalı vətənlərinə qayıdıb Ötən sutka ərzində 1200-dən çox suriyalı vətənlərinə qayıdıb.
Tehsil-press.az-in məlumatına görə, ötən sutka ərzində xarici dövlətlərin ərazisindən 1259 qaçqın, o cümlədən Livandan 174 nəfər (52-si qadın, 89-u uşaq), İordaniyadan 1085 nəfər (326-sı qadın, 553-ü uşaq) Suriya Ərəb Respublikasına qayıdıb.
Ümumilikdə 2018-ci il iyulun 18-dən xarici ölkələrin ərazisindən 63 797 nəfər doğma yurdlarına üz tutub.
Suriya mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edirlər. Son bir sutkada 9 yaşayış məntəqəsində 12 hektar ərazi minalardan təmizlənib, 33 partlayış təhlükəli, o cümlədən 4 əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər