Azərbaycan Texniki Universitetinin tələbəsi Türkiyədə keçirilən forumda iştirak edir

Azərbaycan Texniki Universitetinin tələbəsi Türkiyədə keçirilən forumda iştirak edir Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin lV kurs tələbəsi, eyni zamanda, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının universitet üzrə icraçı koordinatoru Sevinc Novruzzadə Türkiyədə keçirilən "9.Hüquq öyrənciləri forumu"nda iştirak hüququ qazanıb.
Fevralın 28-dək davam edəcək forumda internet və sosial media hüququ, intellektual və sənaye mülkiyyəti hüququ, moda hüququ, Türkiyədə hakimlik peşəsi, hüquq texnologiyaları və innovasiyalar və digər mövzularda məruzələr dinləniləcək.
Forumun sonunda hər bir iştirakçıya sertifikat təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər