BSU-nun tələbəsi könüllülük hərəkatında fəal iştirak edir

BSU-nun tələbəsi könüllülük hərəkatında fəal iştirak edir Murad Ayazlı Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III kurs tələbəsidir. O, I kursdan Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramına qoşularaq könüllülük fəaliyyətinə başlayıb. Sonra BSU üzrə könüllü-koordinator seçilib.
M.Ayazlı 2019-cu ildə keçirilən Azərbaycan tələbə-könüllülərinin forumunda “Ən fəal koordinator” seçilərək Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.
Bakıda keçirilən Formula 1, paracüdo, karate və digər idman növləri üzrə beynəlxalq yarışlarda könüllü kimi, “UEFA Avropa Liqası 2019”un final yarışlarında isə qrup lideri olaraq fəaliyyət göstərib. “Böyük Dəbilqə”, “Badminton” kimi beynəlxalq tədbirlərdə, o cümlədən respublika miqyaslı müxtəlif tədbirlərdə fəal könüllü qismində iştirak edib.
Murad Ayazlı “İrəli” İctimai Birliyinin 2019-cu ilin dekabrın 24-də keçirilən hesabat konfransında “Ən yaxşı universitet koordinatoru” mükafatına layiq görülüb. Hazırda Bakı Konqres Mərkəzində könüllü kimi fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər