Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Jurnalistika fakültəsinin tələbəsi Hacıbaba Mustafayev və Coğrafiya fakültəsinin tələbəsi Tinatin Həsənova Ümumdünya Əqli Mülkiyyət Təşkilatının konfransında iştirak ediblər.
Konfransın əsas məqsədi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və onun fəaliyyəti ilə tanış olmaq, əqli mülkiyyət hüquqlarının qorunması, patentlərin verilməsi və əmtəə nişanlarının təsis edilməsi qaydalarını öyrənmək olub.
Nümayəndə heyətimiz konfransın “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətinə ümumi baxış”, “Əqli mülkiyyət və beynəlxalq çətinliklər”, “Əqli mülkiyyət və biznes”, “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Hakimlik və Əlaqələndirmə Mərkəzinin fəaliyyəti”, “Rəqəmsal dövrdə müəlliflik hüququ”, “Beynəlxalq patent qanunu”, “Beynəlxalq əmtəə və nişan hüququ” adlı sessiya və panellərdə iştirak edib. Onlar, həmçinin təşkilatın şöbə müdiri Mixal Svantnerin moderatorluğu ilə “Əqli mülkiyyət siyasəti”, “Kiçik və orta sahibkarlığa dəstək” mövzularında keçirilən dəyirmi masalarda müzakirələrə qatılıblar.
Tədbir iştirakçıları sessiyalarda əqli mülkiyyət haqqında daha geniş məlumatlar əldə ediblər.
BDU-nun Mətbuat Xidməti