Akademik Ramiz Məmmədov: Ermənilərin əsil simasını üzə çıxaran faktları dünya ictimaiyyətinə çatdırmalıyıq

Akademik Ramiz Məmmədov: Ermənilərin əsil simasını üzə çıxaran faktları dünya ictimaiyyətinə çatdırmalıyıq Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov qeyd edib ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı bir əsrdən artıq davam edən, düşünülmüş, planlı surətdə həyata keçirdiyi çirkin siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımının 29-cu ildönümü erməni faşistləri üzərindəki şanlı qələbəmizin 108-ci gününə təsadüf edir: "Zəfərimiz nə qədər sevincli, şərəfli və qürurverici olsa da, vəhşi ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın ağrısını ovuda bilmir. Havadarlarının əməlindən ruhlanan ermənilər “böyük Ermənistan” yaratmaq eşqinə düşdülər və bu məqsədlə də azərbaycanlıları qovaraq torpaqlarını mənimsəməyə başladılar. Elə o vaxtdan da azərbaycanlıların soyqırımı mərhələlərlə həyata keçirildi. İndi biz həqiqətin öz yerini tutmasına, haqqın bizim tərəfimizdə olduğuna dünyanı inandırmalıyıq. Bunun üçün isə hər birimiz bacardığımız qədər ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmamalıyıq".
Tədbirdə Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə, coğrafiya elmləri doktoru Zakir Eminov Qarabağda törədilən ekoloji terroru, tarixi, maddi-mədəniyyət abidələrimizin məhv edilməsini tarixi dəyişdirmək cəhdləri kimi qiymətləndirib, Xocalı soyqırımı barədə həqiqətlərin dünyanın aparıcı informasiya agentliklərində işıqlandırılmasının vacibliyindən danışıblar.

Tehsil-press.az



Oxşar xəbərlər