Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım toplantısı keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Xocalı həqiqətlərindən danışıb. Bu hadisəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin rolunu, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Xocalı soyqırımının beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi Beynəlxalq Məhkəmə tərəfindən tanınmasının zərurətindən danışıb.
Anım toplantısında, həmçinin institutun elmi katibi, dosent Südabə Hüseynova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar İttifaqının sədri Yeganə Baxşıyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

Tehsil-press.az



Oxşar xəbərlər