Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 33 nəfərdən ibarət nümayəndə heyəti ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosundan müşahidəçilərlə birgə Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
AŞPA nümayəndə heyətinə Viorel Riserd Badea rəhbərlik edəcək.
Nümayəndə heyəti namizədlər və onların nümayəndələri ilə, siyasi partiyaların liderləri ilə və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirəcək.
Bundan başqa, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə dəyirmi masalar keçiriləcək.
Müşahidəçilər ilkin nəticələri aprelin 12-də Bakıda mətbuat konfransında təqdim edəcək.
Tehsil-press.az