BDU-nun tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən universitetin Biologiya fakültəsinin bakalavr və magistrantları elmi müəssisədə istehsalat təcrübəsi keçirlər.
Biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrant Mingəçevir Elmi Təcrübə Stansiyasında istehsalat təcrübəsində iştirak edib. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktik işlərin yerinə yetirilməsi prosesləri izah edilib.
Tələbələri maraqlandıran suallar cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər