AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları may, iyun, iyul ayları ərzində respublikanın Abşeron yarımadası, Xızı, Mingəçevir, Ağdaş, Qax, Zaqatala, Balakən, Astara, Yardımlı rayonlarında və ətraf ərazilərdə ekspedisiyada olublar.
Ekspedisiya zamanı elmi tədqiqat planlarına uyğun olaraq çöl müşahidələri aparılıb, həşəratlar sinfinin müxtəlif dəstələrinə aid növlər toplanılıb. Əldə olunan materiallar institutun entomologiya kolleksiyasına təhvil verilib.
Tədqiqat ərazilərində Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinə salınması planlaşdırılan bir neçə növ də qeydə alınıb.
Ekspedisiyada institutun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə, böyük elmi işçiləri - biologiya üzrə fəlsəfə doktorları Ellada Hüseynova və İlhamə Kərimova iştirak ediblər.
Tehsil-press.az