Bakı Slavyan Universitetində (BSU) IV kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib.
Tədbiri açan rektor, professor Nurlana Əliyeva pedaqoji və istehsalat təcrübəsinin tələbələrin həyatında mühüm bir mərhələ olduğunu vurğulayıb. Qeyd olunub ki, pedaqoji və istehsalat təcrübəsi tədris prosesinin tərkib hissəsidir. Tələbə-gənclər tədris prosesi zamanı öyrəndikləri nəzəri bilikləri pedaqoji və istehsalat təcrübəsi zamanı tətbiq etmək imkanı qazanırlar. BSU-nun 431 tələbəsi 110 müəllim-metodistin rəhbərliyi ilə pedaqoji təcrübə, 448 tələbəsi isə 111 nəfər müəllim-metodistin rəhbərliyi ilə istehsalat təcrübəsi keçəcəklər. Onlar 30 tam orta məktəbdə və 7 uşaq bağçasında pedaqoji təcrübədə olacaqlar. Eyni zamanda, BSU-nun IV kurs tələbələri 35 təşkilatda istehsalat təcrübəsi keçəcəklər. Fevralın 17-də başlayan pedaqoji və istehsalat təcrübəsi mayın 23-də başa çatacaq. Pedaqoji və istehsalat təcrübəsinə hazırlıq işləri, sənədləşmə və digər təşkilati-texniki işlər vaxtında və yüksək səviyyədə başa çatdırılıb. Həm pedaqoji təcrübə, həm də istehsalat təcrübəsi eyni məqsədə - tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişməyinə xidmət edir. “Ulu öndər Heydər Əliyevin yaratdığı BSU-nun tələbəsi olmaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Siz yüksək əzmlə, təşəbbüskarlıqla, nizam-intizamla pedaqoji və istehsalat təcrübəsində iştirak etməli, həmişə BSU-nun adını uca tutmalısınız”, - deyə rektor bildirib.
Nurlana Əliyeva çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva gəncliyin inkişafına böyük diqqət və qayğı göstərir. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, yeniliklər gənclərin dövlət idarəçiliyinə cəlb edilməsinə əlverişli şərait yaradır.
Rektor tələbələrə daim öz bilik və bacarıqlarını artırmağı, yüksək milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına sədaqət ruhunda formalaşmağı tövsiyə edib, onlara pedaqoji və istehsalat təcrübəsində uğurlar arzulayıb.
Universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev pedaqoji və istehsalat təcrübəsinin təşkili, keçirilməsi qaydaları haqqında geniş məlumat veriblər.
Tədbirin sonunda müəllim və tələbələrin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Tehsil-press.az