Son 10 ildə elm sahəsində çalışan qadınların sayı artıb

Son 10 ildə elm sahəsində çalışan qadınların sayı artıb Qadınların elmin inkişafında müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Tehsil-press.az

Oxşar xəbərlər