Folklor İnstitutunda “Elmi-mədəni və ictimai-siyasi həyatda qadınların rolu” mövzusunda onlayn tədbir keçirilib.
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbir elmi müəssisənin Gənc Alimlər Şurası və Həmkarlar Təşkilatı tərəfindən reallaşdırılıb.
Gənc Alimlər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov, institutun həmkarlar təşkilatının sədri, dosent Tahir Orucov, Qadınlar Təşkilatının sədri, dosent Məleykə Məmmədova, təşkilatın üzvlərindən dosent Nigar Həsənova və Nigar İmaməliyeva çıxış ediblər.
Çıxışlarda Azərbaycan qadının ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında fəal rol oynamasında geniş şərait yaradıldığı vurğulanıb. Klassik ədəbiyyatımızda və folklorumuzda daim qadına diqqət, hörmət və qayğının tərənnüm olunduğu diqqətə çatdırılıb.
Tehsil-press.az