Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 63 faizi 40 və yuxarı yaşlılardır

Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 63 faizi 40 və yuxarı yaşlılardır Azərbaycanda fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 49 faizini 30 yaşadək gənclər təşkil edir.
Fəlsəfə dоktоru proqramı üzrə təhsil alanların 417 nəfəri Milli Elmlər Akademiyasının, 1 233 nəfəri Təhsil Nazirliyinin, 115 nəfəri Səhiyyə Nazirliyinin, 140 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə təhsillərini davam etdirirlər.
Elmlər dоktоru proqramı üzrə təhsil alanların 236 nəfəri Təhsil Nazirliyində, 89 nəfəri Kənd Təsərrüfatı Nazirliyində, 170 nəfərini isə Milli Elmlər Akademiyasında təhsillərini davam etdirirlər.
Elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 63 faizini 40 və yuxarı yaşlılar təşkil edir. 2018-ci ilin əvvəlinə Azərbaycanda elmi tədqiqat və işləmələrlə 20 580 mütəxəssis məşgul olub. Onların da 14 732 nəfərini və ya 72 faizini tədqiqatçılar təşkil edib.
Mütəxəssislərin hər üç nəfərindən biri elmlər doktoru alimlik dərəcəsi alıb. Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, ştatda olmayan 5 741 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışır. Onların 63 faizi elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər