Ermənistan müxalifəti prezidentlə görüş üçün şərtlərini açıqladı

Ermənistan müxalifəti prezidentlə görüş üçün şərtlərini açıqladı Ermənistanın müxalif “Vətənin xilası hərəkatı” prezident Armen Sarkisyanın dəvəti ilə digər siyasi qüvvələrlə danışıqlara razı olub.
Bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.
“Görüş bizim təqdim edəcəyimiz gündəlik əsasında, Milli Məclisin binasında açıq formada və birbaşa canlı yayımlanmaqla keçirilməlidir. Böhrandan çıxmaq üçün yol xəritəmizi də təsdiqləmişik:. Baş nazirin istefası, müvəqqəti hökumətin qurulması, erkən parlament seçkiləri”, - deyə Saqatelyan şərtlərini irəli sürüb.
Xatırladaq ki, Armen Sarkisyan ölkədəki siyasi böhranı həll etmək üçün baş naziri, parlamentin bütün fraksiyalarının liderlərini və “vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət etmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər