Bakı Dövlət Universitetinin (BDU) hüquq, tarix fakültələri və “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə “Vətən bölünməz!” adlı onlayn tədbir keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, sonra Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Heydər Əliyev adına Mesleki Teknik Anadolu Liseyinin əməkdaşı Oğuzhan Güleç, BDU-nun professorları Azad Rzayev, Nuru Məmmədov, Sevda Süleymanova və Məleykə Bayramova, dosent Boran Əziz, beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov və başqalarının məruzələri dinlənilib.
Vətən müharibəsində qazanılmış parlaq Qələbə münasibətilə təbrik nitqləri səsləndirilib. Həmçinin ən yeni tariximiz, Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Qarabağın erməni işğalından azad olunması və beynəlxalq hüquq normalarına zidd əməllərin, cinayətlərin törədilməsi barədə alimlərin çıxışları olub.
Tədbir şagirdlərin hazırladığı videoçarxların nümayişi ilə davam edib.
Sonda BDU-nun Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilmiş “Qarabağ Azərbaycandır!” esse müsabiqəsinin nəticələri elan edilib.
Tehsil-press.az