UNEC-də virtual təlim

UNEC-də virtual təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “R statistika dilində, xətti modellərin köməyi ilə verilənlərin modelləşdirilməsi və vizuallaşdırılması” mövzusunda virtual təlim təşkil olunub.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin təşkilatçılığı ilə baş tutan təlimi UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini, ABŞ Texas A&M Universitetinin müəllimi, İnsan davranışları laboratoriyasının baş meneceri Samir Hüseynov keçib.
Təlimçi iqtisadi və sosial elmlərdə R statistika dilinin tətbiqinin daha geniş vüsət aldığını bildirib. S.Hüseynov proqramın açıq-mənbə (open source) prinsipləri əsasında yaranması və inkişafının onu dünya tədqiqatçıları arasında xüsusi olaraq populyar etdiyini, daim genişlənən proqram bazasının mövcudluğunu, geniş diapazondakı iqtisadi modellərin empirik sualların cavablandırılmasında tətbiqinin asan olduğunu diqqətə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər