Elmi seminar: İnnovativ startap ekosisteminin formalaşması vəziyyəti

Elmi seminar: İnnovativ startap ekosisteminin formalaşması vəziyyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnnovativ startap ekosisteminin formalaşması vəziyyəti və xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev startapların mahiyyəti, təyinatı, startap ekosisteminin formalaşması xüsusiyyətləri və mövcud vəziyyəti, “Azərbaycan startap ekosistemi” (www.startupazerbaijan.az) platforması və “Startap Azərbaycan” (www.startup.az) layihəsi haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, “Startap Azərbaycan” layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Sonra şöbə müdiri innovasiya mühitinin (Elm-Təhsil-Biznes üçbucağı) formalaşması xüsusiyyətlərindən, startap ekosisteminə dəstək məqsədilə yaradılan EnterpriseAzerbaijan.com portal-platformasından söz açıb. Startapların dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkan hesab olunan “Kickstarter” barədə məlumat verərək qeyd edib ki, dördüncü sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan bu sahədə böyük potensiala malikdir.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər