Bakı Dövlət Univesitetinin 100 illik yubileyi münasibətilə Sil.İnnovasiya Mərkəzi bu ali təhsil müəssisəsində yerli və qlobal startap proqramları ilə bağlı tələbələr üçün məlumat sessiyası keçirib.
Universitetin SABAH mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən mərkəzin innovativ layihələrə dəstək qrupunun rəhbəri, dosent Mətanət Musayeva açaraq onun əhəmiyyəti barədə danışıb.
Sil.İnnovasiya Mərkəzinin təsisçisi və direktoru Cəsur Həsənov isə tələbələrə startap layihələr və mərkəzin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, qurum Azərbaycanda startaplar üçün müxtəlif təlimlər, yerli və qlobal proqramlar həyata keçirərək onları xarici bazara hazırlamaq məqsədilə yaradılmış bir innovasiya mərkəzidir. Şirkətin əsas məqsədi 2025-ci ilədək hər il Azərbaycanın 50 texnoloji startapını dəstəkləmək və ən uğurlu olanlarını qlobal bazara çıxarmaqdır. İnnovasiya Mərkəzi hazırda yerli startaplara dəstək məqsədilə “Creative Business Cup” və“ClimateLaunchpad” kimi qlobal startap proqramlarını Azərbaycanda keçirən yeganə təşkilatdır. Hazırda “Creative Business Cup” proqramına qəbul davam edir və yaradıcı sənayeyə aid ideya və layihələri olan hər kəs http://sil.vc/bc səhifəsində müraciətlərini göndərə bilərlər. Müraciətlər martın 10-da başa çatır.
Görüş tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarına cavabla yekunlaşıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 05 mart 2019-cu il