Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edildi.
Müharibənin təhsilimizə mənfi təsirləri də oldu. Bu müharibə 10 şagirdin həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi dağıntılara məruz qaldı.
Tehsil-press.az