Minnesota Universitetinin əməkdaşları ürəklə birlikdə inkişaf edən klapan yaradıblar. Tədqiqatın nəticələri “Science Translational Medicine” nəşrində dərc edilib.
Tədqiqat metodunun mahiyyəti kollageni, elastini və digər vacib molekulları sintez edən birləşdirici toxuma hüceyrələrini – fibroblastları fibrin zülalından düzəldilmiş borucuqlara əkməkdən ibarət olub. Firbin molekulları lifə polimerləşməyə meyillidir (qanın laxtalanmasında fibrin toru trombu möhkəmlədir) və yaranan geləbənzər kütlə hüceyrə kulturası üçün karkas rolunu oynayır. Fibroblastlar müvafiq borucuğa ritmik şəkildə sorulan qida mühitində inkişaf edib. Hüceyrələr karkası kollagen və digər zülallarla möhkəmləndirib. Bir neçə həftədən sonra tədqiqatçılar birləşdirici toxuma zülallarından ibarət elastik borucuq əldə ediblər. Bu borucuqlar halqa şəklində bir-birinə tikilib ki, sonra lazım gələn yerlərdə kəsmək mümkün olsun – beləliklə ləçəkləri olan üzük formasında ürək klapanı yaradılıb. Maye bir tərəfdən təsir edəndə bu ləçəklər açılıb, digər tərəfdən təsir edəndə bağlanıb.
Fibrin borucuqda əkilən hüceyrələr qoyundan götürülüb. Həmin qoyuna kollagen klapan köçürüləndə onun immunitetində problem yaranmayıb. Əvvəlcə heyvana diametri 19 millimetr olan klapan yerləşdirilib, 52 həftədən sonra onun diametri 25 millimetrə çatıb. Bütövlükdə qapaqlar 17-34 faiz arasında genişlənib, köçürülmədən sonra onları yenidən quran, yeni zülal porsiyaları əlavə edən yeni hüceyrələr yaranıb. Metodun mahiyyəti ondan ibarətdir ki, süni klapan onun köçürüləcəyi canlının hüceyrələrindən yaradılır.
Tədqiqatçılar bildiriblər ki, dəridə fibroblast çox olur. Təcrübə üçün onları dəridən götürüblər. Bu qayda ilə fibroblastları xəstənin dərisindən də götürmək olar. Köçürülmədən sonra orqanizm klapanı özününkü kimi qəbul edir. Burada kalsium duzu toplanmır və tromb yaranmır.
Hələ ki, süni klapan birbaşa ürəyə deyil, qanı sağ mədəcikdən ağciyərlərə aparan ağciyər arteriyasına köçürülüb. Belə halda klapanın ləçəkləri onsuz da açılıb-bağlanacaq idi – vacib olan bunu uzun müddət üçün düzəltməyin mümkün olub-olmadığını başa düşmək idi. Yaxın gələcəkdə belə klapanı məhz ürək mədəciyinə köçürmək planlaşdırılır. Əməliyyat uğurla keçərsə, klinik sınaqlar aparıla bilər.
Tehsil-press.az