Gənc qız əylənmək üçün “Qorxu Evi”nə getdi, başına gəlməyən qalmadı

Gənc qız əylənmək üçün “Qorxu Evi”nə getdi, başına gəlməyən qalmadı “Qorxu Evi”nə əylənməyə gedən gənc qız başına gələnlərdən şikayətlənib.

Türkiyə mətbuatı xəbər verir ki, əylənmək üçün "Qorxu Evi"nə gedən 24 yaşlı Melike şiddətə məruz qaldığını bildirib.
Yaşadığı anın kamera görüntülərini yayan Melike, 18 yaşlı işçinin onu boğduğunu, saçından tutub dartdığını və ona elektroşok verdiyini deyib:"Ona dəfələrlə məni vurmamasını dedim. Lakin o dayanmadı. Məni boğdu və elektroşok verdi.

Hələ də titrəyirəm, qaranlıqda qala bilmirəm, qəfil edilən hərəkətlərdən qorxuram".

Melike bununla bağlı polisə müraciət edib. Polislər həmin işçini şöbəyə aparıblar.

Bəzi prosedurlardan sonra o sərbəst buraxılıb.

Sözügedən "Qorxu Evi"nin isə fəaliyyəti dayandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər