BDU-nun rektoru çempionla görüşdü

BDU-nun rektoru çempionla görüşdü BDU-nun rektoru Elçin Babayev Fransanın paytaxtı Parisdə keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirin qalibi, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin birinci kurs tələbəsi İlkin Qənbərli ilə görüşüb. Qalibi təbrik edən rektor idmanın inkişafına dövlət qayğısından danışıb və Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını qeyd edib. İdmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə İlkin Qənbərliyə təşəkkürünü bildirib, ona həm təhsilində, həm də peşəkar idman həyatında yeni uğurlar arzulayıb.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən İlkin Qənbərli turnirdəki rəqiblərindən bəhs edərək, xüsusilə də finalda erməni rəqibini məğlub etdiyinə görə qürurlu və sevincli olduğunu söyləyib.
Sonda rektor Elçin Babayev beynəlxalq turnirin qalibi İlkin Qənbərlini BDU-nun Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edib.
Qeyd edək ki, 13-15 fevral tarixində keçirilən Beynəlxalq turnirdə 55 kq çəki dərəcəsində yarışan 18 yaşlı İlkin Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub. İlkin Qənbərli 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

Tehsil-press.az

Oxşar xəbərlər