BDU-nun Tarix fakültəsində növbəti elmi seminar

BDU-nun Tarix fakültəsində növbəti elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Sosialist sisteminin dağılması və slavyan dünyası” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova karantin dövründə keçirilən elmi seminarların əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu qeyd edib.
Seminarda Slavyan ölkələri tarixi kafedrasının professoru Fazil Baxşəliyev “Sosialist sisteminin dağılması və slavyan dünyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Avropada yerləşən sosialist ölkələrinin dərin böhran, “yenidənqurma”, “aşkarlıq” siyasəti, SSRİ-nin dağılması, keçmiş sosialist ölkələrinin SSRİ-nin təzyiqindən çıxaraq müstəqil siyasət yeritməyə başlaması, qısa müddət ərzində əksər slavyan ölkələrinin NATO, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, müasir sosial-siyasi proseslər, iqtisadi vəziyyət və Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs olunub.

Tehsil-press.az



Oxşar xəbərlər