Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılğı ilə “Çağdaş dövrdə Azərbaycan atalar sözü və məsəllərinin inkişaf meyilləri: törəniş və variantlaşma” mövzusunda onlayn elmi seminar keçirilib.
Fakültənin dekan müavini Mehriban Əlizadə karantin dövründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu qeyd edib.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova fakültənin əldə etdiyi elmi uğurlardan danışıb. Həmin kafedranın dosenti Etibar Talıblı “Çağdaş dövrdə Azərbaycan atalar sözü və məsəllərinin inkişaf meyilləri: törəniş və variantlaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan şifahi xalq ədəbiyyatında xalq ruhunun sərrast, axıcı, dərin ifadəsi olan atalar sözləri və məsəllərin milli təfəkkürdə cilalanmış təcrübəni, həyat həqiqətlərini bədii təxəyyülün süzgəcindən keçirərək əsrlərlə yaşatdığı qeyd olunub. Ən işlək folklor janrlarından biri olan atalar sözü və məsəllərin yaranması, inkişaf meyilləri, bu nümunələrin variantlaşması səbəbləri və bu variantların yaranması mexanizmləri, eləcə də atalar sözü və məsəllərin müxtəlif aspektdə təsnifatı haqqında məlumat verilib. Çağdaş dövrdə işlənən nümunələrlə qədim variantlar nümunələr əsasında müqayisə edilib.
Fakültənin dekanı Elçin Məmmədov məruzə ilə bağlı öz fikirlərini səsləndirərək elmi seminarın aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıb, bu tip tədbirlərin silsilə xarakter almasını təqdirəlayiq hal kimi qiymətləndirib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az