Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində “GaSe-InSe sisteminin üçlü fazalarının kristal quruluşları" mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbirin moderatoru, Nanoaraşdırmalar Mərkəzinin direktoru Mustafa Muradov Mərkəzin elmi fəaliyyəti haqqında məlumat verib. İnformasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.
Mərkəzin aparıcı elmi işçisi, Dövlət mükafatı laureatı, Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri, professor İmaməddin Əmiraslanov "GaSe-InSe sisteminin üçlü fazalarının kristal quruluşları” mövzusunda təqdimatla çıxış edib.
BDU-nun Fizika Problemləri İnstitutunun direktoru Sədiyar Rəhimov, Yarımkeçiricilər fizikası kafedrasının professoru Əli Hüseynov çıxış edərək keçirilən elmi seminarların tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfələr verdiyini bildiriblər.
Sonda məruzəçi tərəfindən suallar cavablandırılıb. Seminar “Microsoft Teams” platforması üzərindən təşkil olunub.
Tehsil-press.az