“166 Logistika Akademiyası” yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41-i uğur qazanaraq “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər. Qəbul olanlar arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 7 məzunu, 9 bakalavr və 3 magistr tələbəsi də yer alıb.
“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda, nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Proqrama qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq. Təcrübə proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq. Onlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, 2019-cu ildən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub. 2019-cu ildə layihədə iştirak etmiş 14 nəfər hazırda “166 Yükdaşıma və Logistika” şirkətində çalışır.
Tehsil-press.az