UNEC iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib.
Təqdim olunan “UNEC2B” Platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək. Eləcə də, işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən edən UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılmaqla, yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirmək üçün Digital Marketinq xidməti təşkil edilməklə və job.unec.edu.az virtual əmək birjası yaradılmaqla UNEC ekspertləri tərəfindən işəgötürənlərə dəstək veriləcək.
“UNEC2B” Platformasının əsas istiqamətləri:
1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;
2. İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;
3. İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;
4. UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;
5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;
6. UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;
7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;
8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.

UNEC-in Mətbuat Xidməti