Dövlət Neft və Sənaye Universitetinin müəllimi Zigen Universitetində məruzə ilə çıxış edib

Dövlət Neft və Sənaye Universitetinin müəllimi Zigen Universitetində məruzə ilə çıxış edib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Eazi START" Startap və İnnovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimovun dəvətinə əsasən “Azərbaycan Startap ekosistemi” mövzusunda onlayn məruzə ilə çıxış edib.
Zigen Universitetində magistratura təhsili alan 30-a yaxın tələbə həmin mühazirədə iştirak edib. Tələbələrin ixtisasları iqtisadi siyasət, insan-kompüter əlaqələri, sahibkarlıq və KOS menecmenti, menecment və marketinq üzrə olduğundan, startap mövzusu onların diqqətini çəkib. Məruzənin sonunda tələbələrin Azərbaycandakı ekosistemlə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər