Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni startap layihələrinin təqdimatı olub.
Tədbirdə ADNSU Startap və İnnovasiya Mərkəzi olan “eazi START” və Ukraynanın “Sikorski Çellenc” biznes inkubatorunun birgə həyata keçirdiyi “Camtouch” və “Open world” layihələri təqdim edilib.
Qeyd edilib ki, “Camtouch” ağıllı lövhə sistemi kimi istifadəçilərə daha geniş imkanlar yaradır. Kompüterin ekranı istənilən səthə proyeksiya olunur və stilus vasitəsilə birbaşa həmin proyeksiya üzərində işləməyə imkan yaradır. İkinci layihə isə görmə əngəlli insanların şəhər mühitində mobilliyinə imkan yaratmaqla onların cəmiyyətə inteqrasiyasına kömək edir. “Open world” layihəsini daha da inkişaf etdirib ağıllı şəhər sisteminin bir hissəsi kimi turizm məqsədləri üçün istifadə olunması da mümkündür.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu sahədə universitetin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini və bir çox ideyaların olduğunu bildirib. Qeyd edilib ki, hazırda universitetdə müxtəlif startap layihələri reallaşdırılır. Rektor bu ideyaları daha da inkişaf etdirməyin və Azərbaycan brendi yaratmaqla istehsala başlamağın vacibliyini vurğulayıb.
Rektor deyib ki, startap layihələri ilə bağlı bir sıra ölkələrlə tərəfdaşlığımız var. Startap ADNSU-da bir neçə istiqamətdə həyata keçirilir. Biz elə bir məhsul yaratmaq istəyirik ki, onun üstünlüyü olsun.
Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov startap layihələrinin əhəmiyyətini diqqətə çatdırıblar.
Bildirilib ki, bu cür layihələrin həyata keçirilməsi və ideyası olan gənclərin startapa qoşulması sayəsində ADNSU innovasiyalar nəticəsində yenidən inkişaf edir. Yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiyayönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətini genişləndirmək prioritet məsələdir. Startap layihələri ilə bağlı universitetdə qrantlar ayrıldığı nəzərə çatdırılıb. Yayda startap məktəbində müsabiqə keçiriləcəyi və seçilən ən yaxşı layihələrə sərmayə qoyulmaqla biznes inkubasiyasının inkişaf etdiriləcəyi diqqətə çatdırılıb.
ADNSU-nun Mətbuat Xidməti