Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı tanınmış alim, ABŞ-ın Virciniya Dövlət Universitetinin keçmiş rektoru Keit Miller ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və inkişaf mərhələləri, təhsil müəssisəsində qazanılan uğurlardan danışıb. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi, İntellektual Mülkiyyətin İdarəetmə Mərkəzi haqqında qonağa məlumat verən rektor, eyni zamanda, universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb.
K.Miller universitetlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən bəhs edib və bu istiqamətdə bundan sonra da çalışacağını vurğulayıb.
Dekabrın 20-də K.Miller ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr üçün “Uğurlu sahibkarlıq fəaliyyəti” mövzusunda təqdimatla çıxış edəcək.
Hikmət Əliyev