Müəllimlərin işə qəbulu prosesi ilə bağlı yeniliklər açıqlanacaq

Müəllimlərin işə qəbulu prosesi ilə bağlı yeniliklər açıqlanacaq Novruz bayramı ərəfəsində müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı bir neçə yeniliklər ictimaiyyətin diqqətinə çatdırılacaq.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, MİQ nə qədər düzgün tənzimlənərsə, bir o qədər də lazımlı və müvafiq müəllimlər işə götürüləcək.
“Kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal vermək nə qədər ədalətlidir? Məncə ədalətlidir. Çünki o, ucqar kənddə elə də asan olmayan şəraitdə işləyir. Onun bu əməyini qiymətləndirmək olar. Ölçmə baxımından isə 2-3 bal az yığanda, yaxud əlavə bal verəndə yüksək bal toplaya bilər”.
E.Əmrullayev MİQ-in məzmunu ilə bağlı ciddi müzakirələr aparılmalı olduğunu da vurğulayıb: “Hər bir müəllim öz fənnini bilməlidir. MİQ-də daha çox kompüterə etibar edirik. Oradan çıxan cavabları qəbul edirik. Lakin kiminləsə müsahibə edəndə, deyəndəki sizi müəllim kimi görmürük, o zaman ciddi sosial narazılıqlar yaranır. Müəllimlərin işə qəbulunun yalnız bir yolu var və bu da MİQ-dir.

Tehsil-press.az


Oxşar xəbərlər