Təhsil naziri: Müəllimlərin kütləvi vaksinasiyanın təsirini aprelin ortalarından başlayaraq may ayında görəcəyik

Təhsil naziri: Müəllimlərin kütləvi vaksinasiyanın təsirini aprelin ortalarından başlayaraq may ayında görəcəyik Son statistikaya əsasən Bakı şəhərində 54 faiz, Sumqayıtda 69 faiz, Abşeron rayonunda 60 faiz, digər bölgələrdə 50 faiz, təxminən ölkə üzrə müəllimlərin 51 faizi vaksinasiya edilib. Bu statistika yaşı 50-dən yuxarı olan müəllimlərə aiddir.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən deyib.
Nazir qeyd edib: “İnsana birinci vaksin vurulandan sonra dərhal immunitet əldə etmir. 28 gün sonra ikinci vaksin vurulur və ikinci vaksindən 14 gün sonra insanda immunitet formalaşmağa başlayır. Başqa sözlə, birinci vaksindən 42 gün, yəni 6 həftə sonra immunitetin formalaşmasından danışa bilərik. Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının təsirini aprelin ortalarından başlayaraq may ayında görəcəyik. Vaksinasiya prosesi sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

Tehsil-press.az


Oxşar xəbərlər