Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs magistrantlarının elmi-pedaqoji təcrübəsi davam edir.
Magistrantlar təcrübə rəhbərləri ilə birlikdə bakalavrların dərs prosesinə qoşularaq assistent kimi iştirak edirlər.
Ötən tədris ilindən başladılan “Gələcəyin müəllimi” layihəsi çərçivəsində müsahibə yolu ilə işə qəbul olunan AzTU məzunlarının uğurlu nəticələri builki magistrantların təcrübələrində motivasiya rolunu oynayır.
Magistrantların davamiyyət və bilik qiymətləndirilmələri təcrübə rəhbərləri ilə yanaşı, Karyera Mərkəzi və Magistratura şöbəsinin əməkdaşları tərəfindən izlənilir.
Elmi-pedaqoji təcrübə aprelin 12-dək davam edəcək.
Tehsil-press.az