Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi universitetin akademik sahədə potensialını gücləndirməkdir. Bu, həmçinin AzTU-nun kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı, magistrantların da rəyi nəzərə alınacaq.
Tehsil-press.az