İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “Elektron tibdə “ağıllı” qurğulardan istifadə” mövzusuna həsr olunub.
Seminarda baş mütəxəssis Oqtay Ələkbərov “ağıllı” qurğuların insan həyatının bütün sferalarında tətbiq olunduğunu qeyd edib.
Məruzəçi e-tibdə məlumatların təhlükəsizliyi məsələlərindən, “ağıllı” xəstəxanalardan da danışıb. Diqqətə çatdırıb ki, “ağıllı” xəstəxanalar diaqnoz və müalicə zamanı “ağıllı” texnologiyalardan istifadə edir. Bu xəstəxanaların əsasını xidmət sahəsi kimi “ağıllı” palatalar təşkil edir. Palataların iş prinsipi bulud serverləri üzərində qurulur.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az