“Panasonic” şirkəti uşaqlara öyrədici “ağıllı” fənərini təqdim edib. Uşaq qurğunu onu maraqlandıran predmetə yönəldərək birinci düyməni basdıqda “PA!GO” həmin predmetin şəklini çəkəcək, obyekti tanıyacaq və dinamik vasitəsilə onun haqqında qısa məlumat verəcək.
Azyaşlı istifadəçi daha çox məlumat əldə etmək istəyərsə, ikinci düyməni basa bilər. Bu zaman “Google Knowledge Graph” bilik bazası ilə daha çox informasiya əldə edəcək.
Qurğudan istənilən yerdə istifadə etmək mümkündür. “Ağıllı” fənər “Chromecast” funksiyasının köməyilə uşağın gün ərzində rastlaşdığı bütün bitkiləri, heyvanları, həşəratları və digər obyektləri “YouTube Kids” platforması vasitəsilə mövzuya uyğun öyrədici videolarla birlikdə böyük ekrana daşıya bilər.
İstehsalçılar ümid edirlər ki, bu konsept sayəsində uşaqlar asudə vaxtlarında smartfonlar və digər qurğulardan uzaqlaşa biləcək və onları əhatə edən hər şey haqqında yeni biliklər qazanacaq, açıq havada daha çox olacaqlar.
Mütəxəssislər “PA!GO”nun daha da təkmilləşdirilməsi üzərində çalışırlar. Kommersiya məhsulunun satışa çıxarılması tarixi və qiyməti barədə məlumat verilməyib.
Tehsil-press.az