Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirus infeksiyasına qarşı vaksinasiyanın əhəmiyyətinə dair onlayn infosessiya keçirilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru Samir Cavadov müəllim və tələbələrə koronavirus infeksiyasına qarşı mübarizədə peyvənd vurulmasının əhəmiyyətindən danışıb, o cümlədən vaksinasiya prosesinin COVID-19-a qarşı kütləvi immunitetin formalaşmasındakı rolu və normal həyata dönüşün təminatçısı olması haqqında çıxış edib. O, peyvəndlənmə sayəsində ölüm faizinin 90 faiz azaldığını və mövcud olan vaksinofobiyanın yanlış məlumatlanma sayəsində yarandığını bildirib.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, həkim-infeksionist Cəlal İsayev ölkədə vaksinasiyanın statistikasından danışaraq ikinci mərhələdə 450 min insana vaksin tətbiq olunduğunu deyib. O, Azərbaycanda aktiv xəstə sayının digər ölkələrlə müqayisədə aşağı olduğunu da diqqətə çatdırıb.
Sonda koronavirus və vaksinasiyaya dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, doktor S.Cavadov, həmçinin Amerika Mikrobioloqlar Cəmiyyətinin üzvü və Azərbaycan üzrə ölkə təmsilçisidir (ASM Country Ambassador to Azerbaijan). O, 2010-cu ildən Dövlət İmtahan Mərkəzinin rezidentura bölməsi üzrə mikrobiologiya fənnindən ekspertidir.
Tehsil-press.az